Bakıda uşaqlar üçün kitab bayramı

15:32 | 14.03.2014
Bakıda uşaqlar üçün kitab bayramı

Bakıda uşaqlar üçün kitab bayramı

Sabah - martın 15-də "Zero" kitab evində Uşaq Kitabı Günü keçiriləcək. Qaynar.info-nun məlumatına görə, oxuculara 300-dən çox adda uşaq ədəbiyyatı nümunəsi təqdim olunacaq. Buraya nağıllar, illüstrasiyalı vəsaitlər, uşaq hekayələri, uşaq ensiklopediyaları və müxtəlif mövzularda kitablar daxildir. İstər məktəbəqədər, istərsə də məktəbli uşaqlar üçün çoxsaylı seçim imkanı olacaq.Novruz bayramı ərəfəsində uşaqlar üçün bayram kampaniyası kimi nəzərdə tutulan Uşaq Kitabı Gününə bütün valideynlər və balaca oxucular dəvətlidir.Tədbir saat 10:00-da başlayacaq və gün boyu davam edəcək. Qeyd edək ki, İstiqlaliyyət 71 (Sabir bağı ilə üzbəüz) ünvanında yerləşən Zero Kitab Evi ayda bir dəfə Uşaq Kitabı günü təşkil edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb