Bakı-2015: Karateçi kişi idmançılarımız da ilk uğurlarını qazandı - FOTOLAR

11:42 | 13.06.2015
Bakı-2015: Karateçi kişi idmançılarımız da ilk uğurlarını qazandı - FOTOLAR

Bakı-2015: Karateçi kişi idmançılarımız da ilk uğurlarını qazandı - FOTOLAR

Bu gün Bakıda I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında karate üzrə yarışlar start götürüb.

ANN.Az xəbər verir ki, bu gün karatenin kumite növü üzrə 6 dəst medal - 3-ü 60, 67 və 75 kiloqrama qədər çəki dərəcələri üzrə kişilər və 50, 55 və 61 kiloqrama qədər çəki dərəcələri üzrə qadınlar arasında oynanılacaq.

Azərbaycanı 60 kiloqramda təmsil edən Firdovsi Fərzəliyev iki görüş keçirib və həm ispan, həm də italiyan rəqibini məğlub edib.

67 kiloqramla yarışlara qatılan Niyazi Əliyev də gürcü rəqibini məğlub edib.

Bütün Yarışlar "Crystal Hall”-da keçirilir.






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb