"Bakı-2015"də nə qədər turist gəlib? - VİDEO

20:35 | 10.07.2015

"Bakı-2015"də nə qədər turist gəlib? - VİDEO

"Bu günə 45 mindən artıq qonaqla bağlı məlumat var"

İlk Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn turistlərlə bağlı rəqəmlər dəqiqləşdirilir.

ANS TV-nin məlumatına görə, Mədəniyyət və turizm naziri Əülfəz Qarayev deyib ki, Azərbaycanın Avropa Oyunlarının ev sahibliyi bu günə yox, gələcəyə işləyən məqamdır. O bildirib ki, Azərbaycanın adının dünya informasiya məkanında dəfələrlə təkrarlanması, onun gözəl mənzərələrinin göstərilməsi, çox sayda qonaqların, idmançıların, mütəxəssislərin, incəsənət xadimlərinin gəlişi bir növ ölkənin təbliğatıdır. 

"Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlarla bağlı rəqəmlər dəqiqləşdirilir. Biz artıq 45 əsas oteldən rəqəmləri yığmışıq. Bu günə 45 mindən artıq qonaqla bağlı məlumat var. Amma ümumiyyətlə, iyun ayında Azərbaycanın sərhədlərini keçən insanların sayı 170 mini ötüb. Azərbaycana Avropa Oyunlarına istər iştirakçı, istərsə də tamaşaçı qismində gələnlərin sayı bu rəqəmin içərisindədir”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb