Bakı ətrafında mərmi tapılıb

16:15 | 14.05.2017
Bakı ətrafında mərmi tapılıb

Bakı ətrafında mərmi tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat barəd operativ məlumat yayıb.
 
ANAMA-dan ANews.az-a verilən məlumata görə, Sabunçu rayonu,  Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM