Bakı kəndi: Buzovna - FOTOLAR

09:24 | 13.08.2015
Bakı kəndi: Buzovna - FOTOLAR

Bakı kəndi: Buzovna - FOTOLAR

Bakının qədim tarixə malik kəndlərindən biri olan Buzovnada əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir.
 
 
Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürüb, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olublar. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşıb və təsərrüfat ilə məşğul olublar. Yay aylarında isə onlar dağlara çəkiliblər. 

Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. 

Çəkiliş vaxtı kəndin küçələrində daha çox oynayan, velosiped sürən uşaqlara rast gəlmək olurdu. Bu qədim kəndin küçələrində hər addımbaşı gördüyüm zibillik, səliqəsizlik heç də ürəkaçan deyildi, xüsusən də tarixi məkanların hasarları dibinə atılmış tullantılar təəssüf hissi yaradırdı.

ANN.Az Buzovna kəndindən hazırlanan fotosessiyanı oxucuların diqqətinə təqdim edir.

Fotoların müəllifi Fərqanə Novruzovadır












































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM