Bakı klubu millinin sabiq üzvünü transfer etdi

18:15 | 30.01.2021
Bakı klubu millinin sabiq üzvünü transfer etdi

Bakı klubu millinin sabiq üzvünü transfer etdi

"Səbail” növbəti transferini həyata keçirib.


Paytaxt təmsilçisi Şimali Makedoniyadan olan müdafiəyə meyilli yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
 
Qeyd edək ki, Petroviç son olaraq ölkəsində "Vardar”da çıxış edib. Bu mövsüm 14 rəsmi oyuna çıxan futbolçu 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Şimali Makedoniya yığmasında da 9 oyun keçirib. O, əvvəllər Şimali Makedoniyanın "Tikveş", "Pobeda", "Rabotniçki", "Sutyeska", Xorvatiyanın "Osiyek", Rumıniyanın "Sepsi" və Yunanıstanın "Larissa" klublarında top qovub. 2015-2016-cı illərdə milli komandaya çağırılan Petroviçi 9 oyunda forma geyinib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb