Bakı-Məşhəd aviareysi açılacaq

17:25 | 16.06.2016
Bakı-Məşhəd aviareysi açılacaq

Bakı-Məşhəd aviareysi açılacaq

Yaxın vaxtlarda Bakıdan İranın Məşhəd şəhərinə aviareysin açılması planlaşdırılır. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nader Şayesti bildirib.
Onun sözlərinə görə, artıq bu marşrutla uçuşların təşkili məqsədi ilə zəruri lisenziya alınıb.

"Hazırda uçuşların həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu ilin sonuna kimi aviareysin yerinə yetirilməsinə başlanılması nəzərdə tutulub", - deyə şirkət rəsmisi əlavə edib

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM