"Bakı Metropoliteni"nin yeni stansiyası nə zaman açılacaq?

12:29 | 23.05.2016

"Bakı Metropoliteni"nin yeni stansiyası nə zaman açılacaq?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi "Bənövşəyi xətt" üzrə növbəti stansiyanın tikintisini davam etdirir. 

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: "Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya "Atovağzal" və "Memar Əcəmi" stansiyalarının hərəkət etdiyi Bənövşəyi xəttin davamıdır".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb