Bakı metrosunda sərnişin ehtiyatsızlıqdan qatar yoluna düşüb

22:21 | 19.04.2024
Bakı metrosunda sərnişin ehtiyatsızlıqdan qatar yoluna düşüb

Bakı metrosunda sərnişin ehtiyatsızlıqdan qatar yoluna düşüb

Metronun "Nərimanov” stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıqdan stansiya yoluna düşüb.Bu barədə Qurumdan məlumat verilib.
 
Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək,  "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.

Sərnişin stansiya yolundan çıxarılıb. Ona ilkin yardım göstərilib.Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişin aidiyyəti üzrə tibb müəssisəsinə aparılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb