Bakı metrosunda yenilik - Video

11:59 | 06.06.2015
Bakı metrosunda yenilik - Video

Bakı metrosunda yenilik - Video

İyunun 12-dən 28-nə kimi Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Bakı Metropolitenin də fəaliyyətində bir sıra yeniliklər edilir. Xarici ölkələrin metropolitenlərinin nümunəsindən Bakı Metropolitenində istifadə olunur. 

Ölkəmizdə keçiriləcək ən böyük idman tədbiri olacaq Avropa Oyunları zamanı metropolitenin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. 

Artıq London mütəxəssisləri metroda təhlükəsizliyin təminatı ilə bağlı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar.

5 gün davam edəcək seminarlarda xüsusi proqram əsasında işin təşkili və idarə olunması prinsipləri polis əməkdaşlarına aşılanır. 

Stansiyada sərnişinlərin daim hərəkətdə olması, qatara vaxtında minib-düşməsi və s. kimi məsələlər nəzərə alınaraq, mütəxəssislər bəzi təkliflərini, tövsiyyələrini əyani nümunələr əsasında polis əməkdaşlarına çatdırırlar.

Təlimlər səhər saatlarından başlayaraq axşam saat 4-ə qədər davam edir. 

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, təlimlər metronunu hər bir stansiyasında olan polis əməkdaşlarına növbəli şəkildə keçiriləcək:

"Sərnişinlərin təhlükəsizliyin təmin ediməsi məqsədilə biz London Metropoliten ilə əməkdaşlığa başlamışıq. Bundan öncə London Metropolitenin nümayədə heyəti Bakı Metropolitenində olmuşdurlar. Həmin vaxt onlar bizə öz təkliflərini vermişdilər. Xatırladım ki, 2012-ci ildə Olimpiya Oyunları məhz Londonda keçirilmişdir. Onların bu sahədə kifayyət qədər təcrübəsi var. Biz də çalışdıq ki, onların bu təcrübəsindən yararlanaq. Bu məqsədlə də "Bakı Metropoliteni” QSC London Metropolitenin təhlükəsizlik xidmətinin əməkdaşların bura dəvət etdik. Artıq onlar burdadırlar”.

Qeyd edək ki, təlimlər eyni zamanda "Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcəkdir.//anspress.com

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb