Bakı səhnəsində Qara Qarayevin “Yeddi gözəl” şedevri – REPORTAJ

13:05 | 08.02.2016
Bakı səhnəsində Qara Qarayevin “Yeddi gözəl” şedevri – REPORTAJ

Bakı səhnəsində Qara Qarayevin “Yeddi gözəl” şedevri – REPORTAJ

Rüstəm Qasımov

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Opera və Balet Teatrında milli klassikamızın incisi sayılan, dahi azərbaycanlı bəstəkar Qara Qarayevin "Yeddi gözəl” baletinin nümayişi keçirildi. 

Təqdimata keçməzdən əvvəl istərdim ki, görkəmli ingilis sktripkaç Gidon Kremerin bizim əfsanəvi bəstəkarımız barədə fikirlərini yazım: "Qara Qarayev görkəmli simfoniyaçı novator-bəstəkardır. Qarayev zirvədir, onun musiqiləri sənət şedevrləridir”. 
 


Tamaşanın bu il 98-ci ildönümü baş tutan bəstəkarımızın ad günündə keçirilməsi daha bir əlamətdar hadisəydi. 

Bu balet Azərbaycan balet sənətinin xəzinələrindən sayılır, təsadüfi deyil ki, onun hər nümayişində zala çox sayda tamaşaçı gəlir. Bu gecə də istisna deyildi. 

Teatrın truppası ən yaxşısını ortaya qoymağa çalışmışdı. Bütün gecəni biz Qara Qarayevin məftunedici musiqisinin təsiri altında olduq. 

Sevgi və həyatın mənası axtarışı, gözəllik dünyası və naməluma daimi canatma – dahi Nizami Gəncəvinin eyniadlı poeması əsasında bəstələnən "Yeddi gözəl” baletinin məğzi budur. Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının simvolikasını səhnədə qəhrəmanların kostyumları, işıq oyunları və rəngləri əks etdirirdi. Sehrli və müdrik şərq nağılı effekti tamaşaçıları hipnoz etmişdi. 
 


Tamaşada əsas gözəlin rolunu azərbaycanlı balerina Ayan Eyvazova, Bəhram Gurun şah obrazını isə Makar Ferştandt ifa edirdi. Orkestrə isə Azərbaycan Opera və Balet teatrının baş dirijoru, xalq artisti, professor Cavanşir Cəfərov rəhbərlik edirdi.   

Nəhəng və gözəl dekorasiyalar, heyrətamiz kostyumlar və ifaçıların çıxışı tamaşanın ecazkar alınmasında rol oynayan əsas cəhətlərdi. 

Bu dəfəki librettonu türk ssenarist Yan Temiz yazıb və bu libretto 1952-ci il variantından fərqlənir. Rus xareoqrafı Vasili Medvedev librettonu klassik rəqs dilində qurub. 

Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü Dmitri Çerbaci idi. Kostyum üzrə rəssam isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Tahir Tahirov idi. 
 


Yenilənmiş "Yeddi gözəl” baleti neo-klassik quruluşdaydı. Quruluşçular tamaşaya yeni nəfəs verməyə müvəffəq olmuşdular, onun üzərində internasional komandanın işləməsi də əlamətdar hadisəydi. 

Gecənin sonunda susmayan alqışlar tamaşanın alındığını sübut edirdi. "Yeddi gözəl” baleti Qara Qarayevin Azərbaycan xalqın bəxş etdiyi ən gözəl şedevrlərdən biridir.
 

 
Mədəniyyəti, elmi, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı şəhərimizdə baş verən mədəni hadisələri diqqətdən kənarda qoymur. Bu dəfə sizə Opera və Balet Teatrında baş tutan məşhur "Yeddi gözəl” baletindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 













www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb