Bakı-Sumqayıt dəmir yolunun əsaslı təmirinə start verilib

15:14 | 01.02.2018
Bakı-Sumqayıt dəmir yolunun əsaslı təmirinə start verilib

Bakı-Sumqayıt dəmir yolunun əsaslı təmirinə start verilib

Bu gündən etibarən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı - Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "APA-Economics”ə verdiyi məlumata görə, əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir. 

Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisinin elektrik qatarlarının xidmətindən istifadə edə biləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb