Bakı-Sumqayıt qatarında bir gün - FOTOLAR

12:50 | 22.09.2015
Bakı-Sumqayıt qatarında bir gün - FOTOLAR

Bakı-Sumqayıt qatarında bir gün - FOTOLAR

Son günlər Sumqayıt əhalisinin marağına səbəb olan hadisələrdən biri baş verib - Bakıya gedib-gəlmək asanlaşıb, tıxaclara əlac tapılıb, daha əhali saatlarla yollarda qalıb vaxt itirməyəcək. 

Bakı-Sumqayıt sürət qatarının açılışı çoxlarını sevindirdi, amma...

Bu marşrutdan istifadə etməyənə qədər mənim də bir "amma"m yox idi, düşünürdüm ki, rahat və asanca Sumqayıta gedib, oradan da geri dönə biləcəm.

Qatara son anda çatdım, saat 16.00-a aldığım biletlə yola düşdük. Bir qədər yol qət etdikdən sonra vaqonda hava çatışmazlığı hiss etdim, əvvəl elə zənn elədim ki, tək mən bu haldayam. Bir qədər sonra digər yol yoldaşlarım da əlləri ilə sifətlərini yelləməyə, tövşiməyə başladılar. Hətta hamilə bir qadının ürəyi sıxılmağa başladı, ona yardım etmək istəyən həyat yoldaşı qatarın qapısını açdı. Bu zaman polis tez gələrək çığır-bağır salmağa başladı: "Sizə kim icazə verib qapını açasınız, birdən uşaq özünü atdı, kim cavab verəcək?" Yanındakı bələdçi də ona dəstək oldu. Havasızlıqdan əziyyət çəkən hamilə qadın əri ilə polis arasında qalıb əlacsız yerinə əyləşdi.

Sürət qatarı haqqında ilkin informasiyalarda deyilirdi ki, Bakı-Sumqayıt qatarı 40 dəqiqəyə mənzilbaşına çatacaq, amma bilmirəm, bəlkə mənim bəxtimdən idi, yoxsa, nədənsə, yol uzandıqca uzanırdı. Hələ üstəlik, yolda düz 6 dəfə hərəsi 15-20 dəqiqə çəkməklə dayanmalı da olduq.

Hətta bu fasilələrdə belə nə polis, nə də bələdçi qapını açmağa qoymur, sərnişinlər havasızlıqdan əziyyət çəkirdilər.

Elə bu arada kimsə qəfildən "Qatar yolu səhv salıb, biz Siyəzənə gedirik" - dedi. Sərnişinlər arasında çaxnaşma düşdü, polis də, bələdçi də onları birtəhər sakitləşdirdilər.

Mən arada qatarın pəncərəsindən ətrafın necə göründüyünü lentə almağa çalışırdım, mənzərə çox bərbad idi və hərdən pəncərədən içəri dolan pis qoxu sərnişinlərin dəsmalla ağızlarını tutmasına səbəb olurdu.

Nəhayət, biz Sumqayıta çatdıq... 

Fərqanə Novruzova
Fotolar müəllifindir

 
 


























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb