Bakı və Şarm əl-Şeyx hava reysi açıla bilər

11:03 | 28.05.2015
Bakı və Şarm əl-Şeyx hava reysi açıla bilər

Bakı və Şarm əl-Şeyx hava reysi açıla bilər

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən ANS PRESS-ə bildirilib ki, görüşdə İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin uğurla davam etdiyini, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş "Misirin iqtisadi inkişafı” mövzusunda Beynəlxalq Konfransda iştirak etmişdir. Misir nümayəndə heyətinin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Ölkələrimizin siyasi, humanitar və energetika sahəsində əməkdaşlıq etdiyini qeyd edən Ş.Mustafayev kənd təsərrüfatı, turizm, sənaye, alternativ enerji sahələrində əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. 

Görüşdə ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanmış, iş adamları arasında əməkdaşlığın təşviq olunmasının əlaqələrin inkişafı baxımından əhəmiyyətli diqqətə çatdırılıb.

Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Foda ölkəsinin güclü iqtisadiyyata malik Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından qarşılıqlı səfərlərin intensivləşdirilməsinin önəmini qeyd edən X.Foda Azərbaycan nümayəndə heyətini bu ilin noyabrında və 2016-cı ildə Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edib. 

Turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdıran qonaq Azərbaycan və Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılmasını, eləcə də Misirdə Azərbaycan həftəsinin keçirilməsini təklif edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM