Bakı yollarında sürət həddi artırıldı

15:00 | 05.04.2017
Bakı yollarında sürət həddi artırıldı

Bakı yollarında sürət həddi artırıldı

Bakının şimal çıxışında – "20 Yanvar” dairəsindəki körpüyə Tbilisi prospekti tərəfdən qalxan yoldan başlayaraq sürət həddini 80 km/saat-dək qaldırıblar.

ANN.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu yenilik dünəndən tətbiq edilib. Üzü Sumqayıt istiqamətində hərəkət edən avtomobillər körpüyə qalxandan sonra 80 km/saat sürətlə hərəkət edə biləcəklər. Körpüdən sonra isə sürət 90 km/saatdır.

Lakin körpüdə tətbiq edilən yeniliklə bağlı bir çatışmazlıq var. Belə ki, "20 Yanvar”dan "Şamaxınka”ya gedərkən sola ayrılan yoldan əsas yola qoşulan sürücülər üçün sürət nişanı təkrarlanmır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, orada sürücülər onsuz da sürət rejimini kütləvi pozurdular, xüsusən də körpünün aşırımından sonra: "Bundan sonra artıq qanuni şütümək olacaq. Sürücülərin daha intizamlı olduğu ölkələrə fikir versəniz görərsininiz ki, avtobanın da tuneldən keçən hissəsində sürəti 120-130 km/saatdan 80-dək endirirlər. Yəqin bizimkilər də bundan ruhlanıblar”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb