Sadiq Gözəlov yeni vəzifədə

14:02 | 02.03.2017
Sadiq Gözəlov yeni  vəzifədə

Sadiq Gözəlov yeni vəzifədə

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.

ANN.Az report-a istinadən xəbər verir ki, S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb