Bakı yollarında yenilik

09:55 | 27.05.2015
Bakı yollarında yenilik

Bakı yollarında yenilik

Piyadaların həm maariflənməsi, həm də yolu keçərkən daha diqqətli olmaları üçün mərkəzi küçə və prospektlərdə yollara xüsusi işarələr vurulub. 

ANN.Az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, Nəqliyyat Nazirliyi tərəfindən vurulan bu işarələr sosial xarakter daşıyır. 

Yollarda həm sürücülərin, həm də piyadaların daha diqqətli olmaları üçün zolaqların yaxınlığında asfalta xüsusi işarələr vurulub. Bununla bağlı Nəqliyyat Nazirliyi, Bakı Avropa oyunları Əməliyyat Komitəsi ilə birgə "Agahlandırma” kampaniyasına start verib.

"Məsuliyyətli piyada qaydanı pozmur” devizli xüsusi işarələrə daha çox paytaxtın mərkəzi küçə və prospektlərində rast gəlmək olur.

İlkin olaraq bu işarələr 60-a yaxın yerlərdə vurulub.

Qeyd edək ki bu yazılar piyadaların çox keçdiyi digər küçə və prospektlərə də vurulacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM