Bakıda əsas prospektlərdən biri bağlanıb

16:09 | 27.05.2015
Bakıda əsas prospektlərdən biri bağlanıb

Bakıda əsas prospektlərdən biri bağlanıb

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saat 17:00-dək davam edəcək. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM