Bakıda ətin qiyməti qalxıb? - Nazirlikdən açıqlama

13:35 | 05.10.2016
Bakıda ətin qiyməti qalxıb? - Nazirlikdən açıqlama

Bakıda ətin qiyməti qalxıb? - Nazirlikdən açıqlama

Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır.

"Qafqazinfo” xəbər verir ki, alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.

"Qafqazinfo” məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur: "Çeşidlərin müxtəlifliyi isə alıcıların təlabatının ödənilməsinə xidmət edir. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son günlər aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişiklik qeydə alınmayıb”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM