Bakıda funikulyor ödənişli olacaq

11:56 | 06.04.2016
Bakıda funikulyor ödənişli olacaq

Bakıda funikulyor ödənişli olacaq

Bakı funikulyorundan istifadə ödənişli olacaq. 

Bu barədə ANN.Az-a funikulyorun əməkdaşı məlumat verib. Gediş haqqının məbləği məlum olmasa da, adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, hazırlıq işləri gedir.
 
"İşlər yekunlaşdıqdan sonra funikulyorun pullu olacağı gözlənilir. Eşitdiyimə görə gediş haqqı 50 qəpik olacaq”, - deyə mənbə qeyd edib.

Məsələ ilə bağlı ANN.Az əməkdaşı Funikulyor İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, hazırda funikulyordan istifadə pulsuzdur: "Ödənişli olacağı ilə bağlı söhbətlər gedir. Nə vaxt olacağı isə hələ bəlli deyil".

Qeyd edək ki, funikulyorun yuxarı və aşağı stansiyalarının girişində ödəniş üçün turniketlərin quraşdırılmasına baxmayaraq sərnişinlərdən ödəniş tələb olunmur.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb