Bakıda orta aylıq əmək haqqı 1067 manat olub - RƏSMİ

14:30 | 08.02.2023
Bakıda orta aylıq əmək haqqı 1067 manat olub - RƏSMİ

Bakıda orta aylıq əmək haqqı 1067 manat olub - RƏSMİ

Bakıda 2022-ci il muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13.8% artaraq 1067.5 manat olub. Bu barədə Bakı Statistika İdarəsindən bildirilib. 
 
 
Dövlət Statstika Komitəsi ötən il muzdla işləyənlərin əmək haqqının 14.5 artaraq 829 manata çatdığını açıqlayıb.  
 
Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
 
2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1732,5 min nəfər olub ki, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb