Bakıda qalmaqallı görüntülər - sürücünün "ayağı" polisin əlində qaldı - VİDEO

10:49 | 12.12.2019
Bakıda qalmaqallı görüntülər - sürücünün

Bakıda qalmaqallı görüntülər - sürücünün "ayağı" polisin əlində qaldı - VİDEO

Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb.

BAKU.WS-in əldə etdiyi görüntülərdən göründüyü kimi, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb. 
Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb. 

Məlum olub ki, yük avtomobilinin sürücüsü əlildir. Qayda pozan və polisin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb