Bakıda üçulduzlu hotellərin qiymətləri

20:14 | 21.09.2016
Bakıda üçulduzlu hotellərin qiymətləri

Bakıda üçulduzlu hotellərin qiymətləri

Eskpertlər bu fikirdədir ki, belə hotellərdə qiymətlər ucuz, amma xidmət səviyyəsi isə aşağıdır.

Paytaxt Bakıdakı hotellərdə qiymətlər ulduz göstəricisinə görə dəyişir. Hotellərdə qiymətlər, əsasən, otaqlara və göstərilən xidmətlərin sayı və keyfiyyətinə görə müəyyən olunur.  

Turistlərin daha çox seçdiyi üçulduzlu hotellərdə qiymətlər dörd və beşulduzlulardan daha ucuz başa gəlir. 

ANN.Az Fins.az-a istinadən paytaxtımızda fəaliyyət göstərən üçulduzlu hotellərin qiymətlərini təqdim edir.

Qiymətlərə daxildir:

"Jasmin Hotel” - adambaşına tək otaq 50 manat + səhər yeməyi

"Shams Mini Hotel” – adambaşına tək otaq 45 manat + səhər yeməyi + 24 saat pulsuz çay, kofe + trenajor zalı

"Baku Palace Hotel” - adambaşına tək otaq 50 manat + 24 saat pulsuz çay, kofe

Yuxarıda göstərilən qiymətlər adambaşına bir gecəlik olan məbləğdir. Həmçinin siz göstərilən qiymətə pulsuz səhər yeməyindən və hər bir hotelin təklif etdiyi xüsusi pulsuz xidmətlərdən yararlana bilərsiz.

İki nəfərlik otaqlara gəlincə, burada qiymətlər 60 -100 manat arasında dəyişir.

"Jireh Hotel” – adambaşına iki nəfərlik otaq - 75 manat + səhər yeməyi

"Hotel Nemi” – adambaşına iki nəfərlik otaq 85 manat + səhər yeməyi

"Hotel Qız Qalası” – adambaşına iki nəfərlik otaq 60 manat + səhər yeməyi

Qeyd edək ki, bəzi hotellərdə iki nəfərlik lüks otaqlarda olur ki, bu cür otaqların qiyməti 100 manat civarındadır.

Eskpertlər belə hotellərin ucuz, amma xidmət səviyyəsinin aşağı olduğunu qeyd edirlər:

"Bakıda yerləşən üçulduzlu hotellərin sayına gəlincə, turizm üzrə ekspert Müzəffər Ağakərimov bildirib ki, hazırda hotellərin sayını dəqiq demək mümkün deyil.

Buna səbəb isə hotellərə lisenziya verilməsi sisteminin ləğv olunmasıdır. Qiymətlərə gəlincə isə ekspert qiymətlərin heç də baha olmadığını, ancaq bu mehmanxanalarda xidmət səviyyəsinin aşağı olduğunu vurğulayıb”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM