Bakıda universitetin bufetində tələbə qıza sürpriz evlilik təklifi - VİDEO

22:35 | 18.10.2017
Bakıda universitetin bufetində tələbə qıza sürpriz evlilik təklifi - VİDEO

Bakıda universitetin bufetində tələbə qıza sürpriz evlilik təklifi - VİDEO

Bakı Dövlət Universitetində (BDU) oğlan qıza bufetdə evlilik təklifi edib. 

 Xəzərxəbər  məlumatına görə, Günel Bəşirova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. 25 yaşlı Elvin Salamzadə ilə elə sözügedən universitetdə tanış olub. 

Türkiyədə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan Elvin, təklifi tanış olduqları gündə etmək qərarına gəlib. Evlilik təklifinin bufetdə edilməsinin də xüsusi səbəbi var.

Bufetdə tanış olduqları üçün təklifi də elə bufetdə edən oğlan, sosial şəbəkələrdə məşhur olacaqlarını gözləmədiklərini deyib.

Elvin və Günel hər ikisi Şəki şəhərindəndir. Onlar noyabr ayının 1-i nişanlanmağa hazırlaşırlar. Günel universiteti bitirdikdən sonra isə Bəşirovlar ailəsinin qapısında toy çalınacaq.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM