Bakıda yağış, rayonlarda leysan - Sabahın havası

13:08 | 06.10.2018
Bakıda yağış, rayonlarda leysan - Sabahın havası

Bakıda yağış, rayonlarda leysan - Sabahın havası

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 13-15°, gündüz 17-19° isti, Bakıda gecə 13-15° , gündüz 16-18° isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var. 

Səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti təşkil edəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb