Bakıdan "Dünəndən bugünə" sərgisi keçirildi - FOTOREPORTAJ

17:12 | 24.05.2016
Bakıdan

Bakıdan "Dünəndən bugünə" sərgisi keçirildi - FOTOREPORTAJ


Rüstəm Qasımov

Bir neçə gün əvvəl Azərbaycan Rəssamlar İttifaqının Vaciə Səmədova adına sərgi salonunda "Dünəndən bugünə" adlı sərgi keçirildi, sərgi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin 2-ci kurs tələbəsi Şəbnur Pənahlının eyni adı layihəsi əsasında baş tutmuşdu. Sərgi Mədəniyyət və Turizm nazirliyi, Rəssamlar İttifaqı və MİRAS ictimai birliyinin təşkilatçılığı ilə baş tuturdu. 

Sərginin açılışında Azərbaycanın tanınmş mədəniyyət və incəsənət nümayəndələri çıxış etdi. Mikrofona ilk yaxınlaşan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov oldu, o yığışan qonaqlara bu sərginin ekspozisiyasının kompozisiyasından bəhs etdi və tədbirdə iştirak edən rəssam və heykəltaraşları təbrik etdi. Sonra söz Alman-Azərbaycan cəmiyyətinin sədri Çingiz Abdullayevə, sonra isə Rusiya Rəssamlar İttifaqının fəxri üzvü, Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqının katibi Səlhəb Məmmədova, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevə və digər tanınmış şəxslərə verildi. 
 
Sərginin ekspozisiyasına həm yeni başlayan rəssam, heykəltaraş və fotoqrafların, həm də tanınmış ustaların işləri daxil edilmişdi. Sərgidə işlərini sərgiləyənlərə misal kimi Məlikə Məmmədova, Məmməd Həsənov, Esmira Güləhmədova, Röya Həsənova, Aynurə Mustafayeva, Nigar Familsoy, Könül İsmayılova, Aytən Əliyeva, Vüsalə Mirzəyeva, Günel Ravilova, Azadə Aslanova, Könül Əzimova, Günel Rafiq, Pərvizə Əsədova və digərlərinin adlarını çəkmək olar...  

Sərgidə iştirak edən hər kəsə sertifakat təqdim edildi. Qeyd edək ki, sərginin əsas konsepsiyası təkcə yaradıcılıqda deyil, həmçinin bizi gündəlik həyatda əhatə edən hər şeydəki inkişafı, təkmilləşməni göstərmək idi. 

Yeri gəlmişkən, sərginin açıldığı gün məkanda azərbaycanlı dizaynerlər Lalə Quliyeva və Nurbəniz Mərdiyevanın moda nümayişi keçirildi, onlar əl işləri elementlərindən ibarət milli üslubdakı əlbisələri nümayiş etdirirdilər. 

Mədəniyyəti, maarifi, elmi və təhsili təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur, bu dəfə oxucularımıza "Dünəndən bugünə" sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 

















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM