Bakını bəzəyən heykəllər - FOTOLAR

09:24 | 04.08.2015
Bakını bəzəyən heykəllər - FOTOLAR

Bakını bəzəyən heykəllər - FOTOLAR

Bu sənətin tarixi bəlkə elə dünyanın yaşı qədər qədimdir. Bu günə qədər ən qədim heykəl nümunələrinə Misirdə, Yunanıstanda, Romada, Mesopotamiyada, Hindistanda, Çində rast gəlinir. İnsan düşüncəsinin ən müxtəlif formalarında təzahür edən qədmi heykəllər bu sənətin bu gün və sabah da yaşamasına təkan verir.

Heykəl və bu sənətin yaradıcılarına Azərbaycanda da böüyk hörmət var. Şəhərlərin, qəsəbələrin ən görkəmli yerlərində müxtəlif heykəllərin, daha çox "Azadlıq", "Sevgi", "Qəhrəmanlıq" mövzularını özündə əks etdirən abidələrin ucaldılması göz oxşayır. Xüsusən də, Azərbaycan ictimai-siyasi-ədəbi həyatında özünəməxsus rolu olan şəxsiyyətlərin adına qoyulan heykəllərinə görə Bakı da seçilən paytaxtlardandır.

ANN.Az-ın fotomüxbiri Bakının ən tanınmış və xüsusi rəğbət qazanan heykəllərinin fotosessiyasını oxuculara təqdim edir.

 
 
 



Heykəltəraş F.Əbdürrəhmanovun "Azad qadın”monumenti (memarM.Hüseynov, 1960-cıil)
 
 
 
"Azərbaycan”kinoteatrının qarşısındakı XIXəsr şairəsi Xurşudbanu Natəvanın xəyala dalmış mərmər abidəsi (heykəltəraş Ö.Eldarov, memar F.Leontiyeva, 1960-cıil)
 

Böyük Nizaminin Bakının mərkəzində qoyulmuş heykəli(1949-cuil, heykəltəraş F.Əbdürrəhmanov, memar S.Dadaşov və M.Hüseynov)
 

XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Teatr meydanında qoyulmuş heykəli (heykəltəraş T.Məmmədov,Ö. Eldarov, memar H.Muxtarov, 1962-ci il)



M.F.Axundovun tuncdan tökülmüş heykəli (P.V.Sabsay, 1930- cu il)

 


Bəstəkar Üzeyir Hacıbəyovun Musiqi Akademiyasının qarşısında qoyulmuş abidəsi  (Heykəltəraş T.Məmmədov, memar H.Muxtarov, 1960-cı il).

 


C.Cabbarlının abidəsi (heykəltəraş E.Hüseynov,memar Y.Qədimov, 1969-cu il)


 
 
Satirik şair M.Ə.Sabirin heykəli (heykəltəraş C. Qaryağdı, memar Ə. İsmayılov və Q. Əlizadə 1958-ci il)

 

 


Şair Səməd Vurğunun adını daşıyan bağda heykəli. (Heykəltəraş F. Əbdürrəhmanov)

 


Bülbülün heykəli (Heykəltəraş Cəlal Qaryağdı)
 

 Görkəmli alim Yusif Məmmədəliyev (Heykəltəraş A.Əskərov, arxitektor E.Əsədov, rəssam Ç.Fərzəliyev)

 


Azərbaycanın 3-cü prezidenti Heydər Əliyev (Heykəlin müəllifləri MixailNoqin və Salavat Şorlanov)

 


Zivərbəy Əhmədbəyov - ilk ali təhsilli Azərbaycan memarı, Bakının ilk baş memarı.

 


Nizami adına Ədəbiyyat Muzeyinin binası - F.Əbdürrəhmanov Füzulinin, C.Qarayağdı Vaqifin,E.Tripolskaya Natəvanın,P.Sabsay M.F.Axundovun,N.Zaxarov C.Məmmədquluzadənin, S.Klyatski C.Cabbarlının heykəllərini ustalıqla işləmişlər.

 

 
 
 
 
Zorge bağı – Məşhur Sovet kəşfiyyatçısı Rixard Zorgenin heykəli. (1981-ci il, heykəltəraş V. Siqal və arxitektor Mikayıl Hüseynov)
 
Şəhəri bəzəyən tarixi şəxsiyyətlərin heykəllərindən başqa çoxumuza qəribə gələn, qeyri-adidizayna malik heykəllərə də rast gəlmək mümkündür.
 







Fotoların müəllifi Fərqanə Novruzovadır

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb