Bakının mərkəzində tanınmış müğənni qəza törətdi - Hadisə yerindən qaçdı - VİDEO

11:40 | 28.02.2019
Bakının mərkəzində tanınmış müğənni qəza törətdi - Hadisə yerindən qaçdı - VİDEO

Bakının mərkəzində tanınmış müğənni qəza törətdi - Hadisə yerindən qaçdı - VİDEO

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib.

Anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib.

Sənətçi idarə etdiyi "10 NF 022” dövlət nişanlı "Toyota” markalı avtomobili ilə idarəetməni itirərək "Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, "Hyundai”a ciddi ziyan dəyib. Əldə etdiyimiz məlumata görə, zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.

"Qafqazinfo” mövzu barədə müğənninin mövqeyini öyrənməyə çalışsa da, qarşı tərəf telefonlara cavab verməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM