Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır. Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır, bu barədə xəbəri XəzərXəbər yayıb.
Reportajda bildirilir ki, bəzi vətəndaşlar elə bu qiymətə görə, toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.
Ə. Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var.
Restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !