Bakıya Xəzərdən baxış - FOTOLAR

09:24 | 26.08.2015
Bakıya Xəzərdən baxış - FOTOLAR

Bakıya Xəzərdən baxış - FOTOLAR

Çoxdandır buralara yolum düşmürdü, axırıncı dəfə gəmi ilə dəniz gəzintisinə nə vaxt çıxdığımı unutmuşdum az qala. Nəhayət ki, dünən bu istəyimi reallaşdıra bildim. İş yoldaşımla birgə axşam sərnində dəniz gəzintisinə çıxmaq üçün bulvara yollandıq. 

Çoxlu qələbəlik vardı. Müxtəlif yaş təbəqəsində olan insanları burada görmək olardı: uşaqlar, gənclər, tələbələr, nişanlı qız-oğlanlar, yaşlılar. Gəmiyə buraxılış gec olduğundan camaat arasında bir narazılıq dalğası gəzməyə başladı. Nəhayət ki, fit veriləndən sonra insanlar səs-küylə gəmiyə minməyə başladılar. Mən və iş yoldaşım gəminin üçüncü, ən hündür mərtəbəsinə qalxıb məhəccər tərəfdə yerimizi rahatladıq. Qeyd edim ki, burada kafe-restoran, eləcə də foto və digər xidmətlər də göstərilirdi. 

Gəmi sahildən aralananda hər kəs sakitləşib yerində oturaraq dənizə baxmağa başladılar. Çiyni fotoaparatlı cavan oğlanlar ortada gəzərək sərnişinlərə foto xidməti təklif edirdilər. Yağış yağmaya başlayan kimi sərnişinlər gəminin ikinci mərtəbəsinə, aşağı enməyə başladılar. Elə bil gəminin sürəti də artmışdı. Az keçməmiş gəmi sahilə yan aldı və sərnişinlər gəmini tərk etməyə başladılar. Hava o qədər gözəl, sərin təmiz idi ki, yağışın yağması insanlardakı xoş əhval-ruhiyyəni poza bilmirdi.

Bakının əksər fotoları qurudan dəniz istiqamətinə yönəlir. Fikrimcə, dənizdən paytaxta baxış daha maraqlıdır. Gəmidə olarkən bir daha Bakıya baxmaq imkanı yaranır və bunu əldə vermək istəmədim. Fotokameramı işə salıb bu fotosessiyanı hazırladım. 

Fərqanə Novruzova
Fotolar müəllifindir












































































































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM