Bakının əsas yolu bağlandı

11:25 | 13.05.2015
Bakının əsas yolu bağlandı

Bakının əsas yolu bağlandı

Bakıda daha bir yol təmirə bağlanıb.

"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, Ziya Bünyadov prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 

"Ziya Bünyadov prospektinin "20 yanvar" dairəsi yaxınlığından keçən hissəsi, "Koroğlu" metro stansiyasına gedən yol bağlanıb. Yolun 500 metrlik hissəsi yağış-kanalizasiya sistemində yaranmış problemlərin aradan qaldırılması məqsədilə təmirə bağlanılıb", - deyə Anar Nəcəfli bildirib. 

Onun sözlərinə görə, bu yolda nəqliyyat vasitələrinin hərəkəti intensiv olduğundan işlər tez yekunlaşacaq: "Təmir işlərini tez yekunlaşdırmaq üçün qərara gəldik ki, bu yolu tam bağlayaq. Qısa zamanda işlərin yekunlaşdırılması planlaşdırılır”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb