Bakının valyutadəyişmə məntəqələrində ajiotaj - ANN.TV

13:09 | 18.02.2015
Bakının valyutadəyişmə məntəqələrində ajiotaj - ANN.TV

Bakının valyutadəyişmə məntəqələrində ajiotaj - ANN.TV

Azərbaycan Mərkəzi Bankı manatın dollardan asılılığını azaltmaq məqsədilə yeni siyasətə start verərək daha çevik məzənnə siyasətinə keçdiyini bəyan edib.

AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Bu siyasətin elan olunmasından bir gün sonra Azərbaycanda valyutadəyişmə məntəqələrində dolların manata nisbəti arasında 5 qəpiklik fərq yaranıb. Bundan əlavə valyutadəyişmə məntəqələri qarşısında ajiotaj yaranıb. Bir çox ölkə vətəndaşları öz pullarını dollara dəyişmək istəyirlər.

ANN.Az əməkdaşları bununla bağlı video-reportaj hazırlayıblar. Həmin video-xəbəri oxuculara təqdim edirik:

Müəllif: Babək Mirzəzadə
Operator: Rasim Əliyev
ANN.Az


  
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM