"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi

17:46 | 17.02.2016

"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi

"BakuBus" MMC-nin 3 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub.

"APA-Economics” xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

"Sərnişinlərdən daxil olan müraciətləri nəzərə alaraq və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə 3 saylı marşrut xəttimizin istiqamətində bir qədər dəyişiklik etdik. Belə ki, aşağıdakı cədvəldə Azadlıq metro stansiyasının önündən hərəkət edərkən 3 saylı avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına stadiona və Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə Gənclik metro stansiyasına çıxacaq”, - deyə N.Allahyarova bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM