İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru " Azercell Telekom” MMC "Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını onlayn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artıran Fakturasız xətt abunəçilərinə 1,4% civarında keşbək hədiyyə edir.
Kampaniyadan faydalanmaq
çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən "Umico” mobil tətbiqini AppStore və ya
PlayStore-dan yüklədikdən sonra müvafiq Azercell nömrəsi ilə qeydiyyatdan keçərək hər balans
artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.
Xatırladaq ki, Azercell müştəriləri Umico-dan
istifadə edərək çox saylı üstünlüklərdən yararlana bilərlər. Həm Fakturasız, həm də Fakturalı Xətt istifadəçiləri tətbiqdə "Daha çox – Onlayn
Xidmətlər” bölümündən istifadə edərək, topladıqları
bonusları öz və ya digər Azercell abunəçisinin balansına yükləmək imkanına
malikdirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !