Bank işləmirsə, Palata onu necə qorusun? - DEPUTAT

14:25 | 22.07.2016
Bank işləmirsə, Palata onu necə qorusun? - DEPUTAT

Bank işləmirsə, Palata onu necə qorusun? - DEPUTAT

"Bundan sonra da bankların bağlanacağı gözlənilir”
 
ANN.Az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov ölkədə dörd bankın bağlanmasına münasibət bildirərkən deyib. 
 

Vahid Əhmədov - Millət vəkili
  
Millət vəkili ölkədə bankların bağlanmasının tərədarı olmasa da, bankların konsolidasiyasını dəstəkləyir: "Bir - iki bank qalmaq şərti ilə, banklar birləşdirilib iri banklara çevrilməlidirlər. O zaman, bankların kredit portfeli, nizamnamə kapitalı, kapitallaşması da böyük olacaq, nəticədə daha az faizlə kredit verə biləcəklər”. 
 
"Amma indi 4 bankın bağlanması ilə əlaqədar qərar verilib. MBNP banklara nəzarət edən qurumdur. Yəqin, bundan sonra da müəyyən banklar üzərində yoxlamalar aparıb nöqsanları aşkar edəcəklər. Bundan sonra da bankların bağlanması qaçılmazdır” – deyə V.Əhmədov əlavə edib.  

Deputat bankların işləmədiyi halda onları qorumağın əsassız olduğunu bildirdi: "Bankları qorumaq elə belə deyil ki? Bank əgər işləmirsə, Palata onu necə qorusun? Bundan başqa ölkədə iki devalvasiya yaşanıb, bu da banklara təsirsiz ötüşməyib”. 

Bankların nöqsanlarının olduğuna görə bağlandığını deyən Vahid Əhmədov bundan sonra da bu prosesin davam edəcəyini bildirdi: "Bank əgər nöqsanla işləyirsə, niyə fəaliyyətinin davam etdirilməsinə imkan verilməlidir? Azərbaycanda bankların sayı həddindən çoxdur. Yoxlamalar aparılıb, onların işlərinə ciddi nəzarət edilmədir. MBNP bu işi hazırda icra edir. Həmçinin bu palata bir başa dövlət başçısı ilə işləyən qurumdur. Bazardakı vəziyyət barədə məruzələr edir. Bankların bağlanmasına baxmayaraq, orada insanların 140 milyondan çox əmanəti siğortalanıb”. 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin bankların lisenziyası ləğv olunub. Bankların lisenziyalarının ləğv edilməsi haqqında qərar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə yanaşı Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib.

Bağlanmış 4 bankla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı. 
 
Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM