Bank
Respublika, evdən çıxmadan Koronavirusla Mübarizəyə Dəstək
Fonduna ianə etmək imkanı yaradaraq, növbəti dəfə koronovirus
infeksiyası ilə mübarizə təşəbbüsünü dəstəklədi.
Köçürməni
ödəniş kartı və ya bank hesabı ilə etmək mümkündür.
Bundan başqa, Mobil Şöbə əlavəsinin üstünlüklərindən
biri də istənilən yerli bankın kartını əlavə etmək və ödəniş etmək imkanıdır. Bununla
da, müştərilər, Mobil Şöbə əlavəsi ilə Koronavirusla
Mübarizəyə Dəstək Fonduna ianə edə biləcək.
Koronavirus infeksiyasının yayılması ilə əlaqədar,
sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət
kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu
məqsədlə Bank, fiziki şəxslər üçün – "Mobil Şöbə” və "İnternet Şöbə”, eləcə də hüquqi şəxslər
üçün "İnternet Ofis”
kimi bir sıra imkanlar təklif edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !