Banklar ikinci dəfə valyuta alışı üçün müraciət etməyiblər

19:08 | 26.01.2023
Banklar  ikinci dəfə  valyuta alışı üçün müraciət etməyiblər

Banklar ikinci dəfə valyuta alışı üçün müraciət etməyiblər

Azərbaycan Mərkəzi Bankı (AMB) cümə axşamı valyuta hərracı keçirib, banklar yenə də xarici valyutanın alışı üçün müraciət etməyiblər. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

"Yanvarın 26-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Banklar xarici valyutanın alınması üçün ərizə təqdim etməyiblər”, -  AMB bildirilib.

Yanvarın 24-də keçirilən hərracda banklar da valyuta alışı üçün müraciət etməyiblər.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində (2021-ci illə müqayisədə 30% azalma - İF) xarici valyuta satıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb