Banklar valyuta hərracında təxminən $30 milyon alıb

23:51 | 31.01.2023
Banklar valyuta hərracında təxminən $30 milyon  alıb

Banklar valyuta hərracında təxminən $30 milyon alıb

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında banklara 29,5 milyon dollar satıb.

Yanvarın 24 və 26-da keçirilən hərraclarda banklar xarici valyutanın alışı ilə bağlı müraciət etməyiblər.

"Çərşənbə axşamı hərracda banklardan tələb 29,5 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracın nəticəsində manatın dollara qarşı orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib”, - AMB-dən  bildirilib.

12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində (2021-ci illə müqayisədə 30% azalma ) xarici valyuta satıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb