Baş nazir bağlı olan quru sərhədlərdən danışıb

16:56 | 15.03.2024
Baş nazir bağlı olan quru sərhədlərdən danışıb

Baş nazir bağlı olan quru sərhədlərdən danışıb

Quru sərhədlərin bağlı qalması ümümi daxili məhsulun tempinə mənfi təsir göstərmir. Bunu baş nazir Əli Əsədov deyib. 
 
"Quru sərhədlər 2020-ci ildən bağlıdır. Həmin ildən bu yana statistikaya baxsaq görərəik ki, ümumi daxili məhsulun artımında azalma yoxdur. Sərhədlərin bağlanması da bu yaxınlarda mən tərəfdən daha 3 ay uzadılıb", - baş nazir martın 15-də Milli Məclisdə deputatlara cavab verərkən deyib. 
 
Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc və Qüdrət Həsənquliyev quru sərəhdlərin açılmasının iqtisadi göstəricilərə müsbət təsir edəcəyinin vacibliyini vurğulayıb. 
 
Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-nə kimi uzadılıb.  
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM