Baş Nazirdən dərman vasitələrinin alınması üçün MÜHÜM SƏRƏNCAM

10:15 | 02.03.2020
Baş Nazirdən dərman vasitələrinin alınması üçün MÜHÜM SƏRƏNCAM

Baş Nazirdən dərman vasitələrinin alınması üçün MÜHÜM SƏRƏNCAM

Baş nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.
 
Anews.az-ın xəbərinə görə, sərəncamda qeyd olunub:
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:
 
1. Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb