BƏƏ səfiri 10 milyon pulla saxlanıldı - Çevriliş planı

16:15 | 10.04.2018
BƏƏ səfiri 10 milyon pulla saxlanıldı - Çevriliş planı

BƏƏ səfiri 10 milyon pulla saxlanıldı - Çevriliş planı

Somalinin paytaxtı Moqadişuda BƏƏ-dən gələn təyyarədən endirilən çantalar mühafizə əməkdaşlarının şübhələnməsinə səbəb olub.

Axar.az xəbər verir ki, çantalar açıldıqdan sonra ölkəyə qanunsuz yollarla 9.6 milyon dollar vəsaitin gətirildiyi məlum olub.

İki ölkə arasında diplomatik münaqişəyə səbəb olan hadisə Somali hökumətinin pulları müsadirə etməsi ilə daha da gərgin xaraker alıb. Pulların kimə və nə üçün göndərildiyinin müəyyən edilməsi üçün araşdırma başladılıb.

Hava limanının mühafizə əməkdaşlarından biri BƏƏ-nin Somalidəki səfiri Məhəmməd Əhməd əl-Hammadın pulla dolu çantaları təslim almaq üçün hava limanına gəldiyini qeyd edib. BƏƏ səfiri çantaları nəzarət məntəqəsindən keçirmək istəyərkən saxlandığı zaman təəccüblənib.

BƏƏ-nin Somaliyə göndərdiyi pulların hökumətin fəaliyyətini zəiflətmək və çevriliş etmək istəyən qüvvələrə paylanmaq üçün göndərildiyi ehtimal olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb