Bəhram Bağırzadə: "Bu hədiyyə mənim sevimli oxucularım üçündür" - FOTOREPORTAJ

13:42 | 16.03.2016
Bəhram Bağırzadə:

Bəhram Bağırzadə: "Bu hədiyyə mənim sevimli oxucularım üçündür" - FOTOREPORTAJ

Rüstəm Qasımov

Azərbaycanın tanınmış aktyorlarından biri, rejissor, publisist Bəhram Bağırzadə dünən "Anadolu" restoranında "Axır Çərşənbə"yə həsr olunmuş bayram aksiyası keçirdi. 

İki saat ərzində əbədi bakılı öz oxucuları üçün ən xoş duyğularda 189-dan çox kitab imzaladı. Bəhram dedi ki, onun yaradıcılıq gününün Novruz bayramı ilə üst-üstə düşməsindən hədsiz məmnundur, çünki onun bütün qəlbi və ruhuyla yazdığı kitabların hamısı sevimli şəhəri və ölkəsi haqqındadır. 

"Bütün səmimiyyətimlə sizi ən gözəl, ən parlaq Novruz bayramı münasibətilə təbrik edirəm. Sizə sülh və əmin-amanlıq arzu edirəm, əziz dostlar. Bəhram Bağırzadə həmişə sizindir, həmişə sizinlədir, həmişə də olacaq", - Bəhram oxucularına müraciətində dedi.  

Kitabların niyə 189 dənədən ibarət olduğunu soruşanda isə Bəhram Bağırzadə belə cavab verdi: "189 - mənim sevimli məktəbimin nömrəsidir! Məhz bu məktəbin müəllimləri sayəsində mən biliklər öyrənmişəm, tərbiyə olunmuşam və doğma şəhərimə məhəbbətlə yanaşmağı qavramışam! Bu aksiyanı mən doğma 189 nömrəli məktəbimin müəllimlərinə həsr edirəm".
 


























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb