“Beko” “Barselona” nın sponsoru oldu

18:56 | 30.06.2014
“Beko” “Barselona” nın sponsoru oldu

“Beko” “Barselona” nın sponsoru oldu

Türkiyənin “Qoç Holdinq” şirkətlər qrupuna daxil olan “Beko” “Barselona”-nın rəsmi sponsoru olacaq. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Beko”-nun reklamı 4 il müddətinə “Barselona” formalarının qolunda yerləşdiriləcək. 

 

“Beko” və “Barselona” arasında sponsorluq müqaviləsi bu gün “Nou Kamp” stadionunda imzalanıb. Müqaviləni “Qoç Holdinq” şirkətlər qrupu tərəfindən “Qoç Holdinq” İdarə Heyətinin sədri Mustafa Qoç, “Barselona”dan isə klub prezidenti Xosep Mariya Bartomeu imzalayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM