Belarusda daha bir ölüm cəzası

20:56 | 20.05.2016
Belarusda daha bir ölüm cəzası

Belarusda daha bir ölüm cəzası


Belarus məhkəməsi daha bir nəfərə ölüm cəzası kəsib. Bu, yanvardan bəri üçüncü belə haldır.

33 yaşlı Syarhey Vostrykau-ya ölüm hökmü mayın 19-da çıxarılıb. O, 2014-2015-ci illərdə iki qadını oğurlayıb zorlamaqda və qətlə yetirməkdə ittiham olunur.

Belarus Avropada ölüm cəzasını tətbiq edən yeganə ölkədir.

Hazırda 3 nəfər ölüm cəzasını gözləyir, ikisi bu il, biri ötən il məhkum edilib.

Mayın 6-da isə ötən il qətl ittihamıyla məhkum edilmiş bir nəfərin edam olunması barədə məlumat yayıldı.

Avropa Birliyi və insan haqları qrupları Belarusu ölüm cəzasına qlobal moratoriuma qoşulmağa çağırır. İnsan haqları qurumlarının məlumatına görə, 1990-cı illərin əvvəllərindən Belarusda 400-dən çox insan ölüm cəzasına məhkum edilib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM