"Koronavirusa yoluxan tibb işçilərinin sayı 419 nəfər olub. Bu, dünənki rəqəmdir. Hazırda son məlumatlarla bağlı analizlər aparılır”.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusun səhiyyə naziri Vladimir Karanik açıqlayıb.
Qeyd edək ki, aprelin 11-də nazir yoluxan tibb işçilərinin sayının 301 olduğunu açıqlamışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 195 000-i ötüb. Bunların 557 475 nəfəri sağalıb, 147 480 nəfəri isə ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !