Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

19:00 | 13.04.2021
Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Uğurbəyli kənd sakini Rəhman Hüseynov koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Hüseynovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb