Bəşşar Əsəd Rusiyaya hərbi yardım üçün müraciət edib

19:18 | 30.09.2015
Bəşşar Əsəd Rusiyaya hərbi yardım üçün müraciət edib

Bəşşar Əsəd Rusiyaya hərbi yardım üçün müraciət edib

Suriya prezidenti Bəşşar Əsəd hərbi yardım üçün Rusiyaya müraciət edib.
 
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Suriya Ərəb Respublikasının Prezidenti hərbi yardımın edilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Beləliklə, deyə bilərik ki, biz səyləri birləşdirərək terrorizmlə mübarizə aparmalıyıq, lakin bu zaman beynəlxalq hüquq normalarına riayət olunmalıdır", - Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

Qeyd etmək lazımdır ki, bu gün Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadə olunmasına yekdilliklə səs verib. Bu təklifi Federasiya Şurasına Rusiya prezidenti Vladimir Putin təqdim edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM