Bir milyarddan çox insanın yaşadığı ərazilər su altında qalacaq

15:10 | 16.05.2016
Bir milyarddan çox insanın yaşadığı ərazilər su altında qalacaq

Bir milyarddan çox insanın yaşadığı ərazilər su altında qalacaq

2060-cı ildə bir milyarddan çox insanın yaşadığı ərazi su altında qalacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Britaniyadakı "Xristianın yardımı" Humanitar Təşkilatının yeni hesabatında bildirilib.

Hesabata əsasən, təbii fəlakət daha çox ABŞ, Çin və Hisndistan ərazilərini əhatə edəcək.

Sənəddə qeyd edilib ki, qlobal iqlim dəyişməsi nəticəsində dünya okeanlarında suyun səviyyəsi qalxacaq, qasırğa və tufan olacaq. Bu isə yaşayış yerlərinin su altında qalması ilə nəticələnəcək.

Su basma halları daha çox Hindistanın Kəlküttə və Mumbay, ABŞ-ın Mayami şəhərlərində müşahidə olunacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb