“Bitcoin”in dəyəri 5000 dolları keçdi

11:15 | 05.09.2017
“Bitcoin”in dəyəri 5000 dolları keçdi

“Bitcoin”in dəyəri 5000 dolları keçdi

Rəqəmsal pul vahidi "Bitcoin”in dəyəri  tarixi rekordu təzələyib.

anews.az xəbər verir ki, kriptovalyuta 5013 dollara qədər yüksəlib. Qeyd edək ki, ingilis, alman, eləcə də, ispan riyaziyyatçılarının rəyinə görə, 2025-ci ildə kriptovalyuta bazarı 50 faizə qədər düşəcək. 

Əvəzində digər valyutaların bazarı artacaq.

Nəzərə çatdıraq ki, kriptovalyuta bazarının kapitalizasiyası 150 milyard dollara yüksəlib.

Birinci yeri "Bitcoin” tutur. Kriptovalyutanın bazar kapitalizasiyası 69,2 milyard dollar təşkil edir. İkinci yerdə "Ethereum” gəlir. "Ethereum”un bazar dəyəri 30,1 milyard dollardır. 

Üçüncü sırada 10,9 milyard dollar bazar kapitalizasiyası ilə "Ripple”, dördüncü sırada 10,8 milyard dollar bazar kapitalizasiyası ilə "Bitcoin Cash” yer alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb