Biznesmen kəndliləri diri-diri "basdırdı"

19:37 | 02.12.2013
Biznesmen kəndliləri diri-diri "basdırdı"

Biznesmen kəndliləri diri-diri "basdırdı"

Adı açıqlanmayan çinli biznesmen paytaxt Pekinin yaxınlığında torpaq sahəsi alıb və o, bu torpaq sahəsində hələ yaşamaqda olan insanların adlarını əks etdirən qəbir daşları düzdürüb. 

ANN.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, qəbir daşlarında adları əks olunan qonşu kəndin sakinləri biznesmenin torpaq sahəsini "ölülər torpağı" adlandırırlar. Torpaq sahəsindəki abidələr sadəcə onun üçündür ki, kəndililər buranın dəfn sahəsi olduğunu bilsinlər. Torpaq sahəsində bir yerin qiyməti 1000 dollardır. Torpaq sahəsində nə qədər qəbir daşının olması barədə məlumat verilməyib. Kəndlilərin biznesmenin bu layihəsinə necə münasibət bəslədiyi barədə məlumat verilməyib.

Yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, məmurlar biznesmenin "qəbirstanlıq" yaratmaqla qanunu pozub-pozmadığını müəyyən etməyə çalışırlar. Belə ki, o, qəbir daşlarında adlarını yazdığı adamlardan bunun üçün icazə almayıb, onun məsuliyyətə cəlb olunması istisna olunmur. O, dələduzluqda ittiham edilə bilər. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM